Millimizin müdafiəçisi "Neftçi"dən getdi – SON DƏQİQƏ

24 İyun 2022 09:00 Neftçi 3 352
Millimizin müdafiəçisi "Neftçi"dən getdi – SON DƏQİQƏ

"Neftçi"də növbəti ayrılıq reallaşıb.

Belə ki, yeni mövsümün hazırlıqlarına qoşulmayan Mert Çəlik komandanı tərk edib.

Müdafiəçi müqavilə ilə məxsus olduğu "Başakşehir"ə qayıdıb.

22 yaşlı futbolçu 2020-ci ildən "ağ qaralar"ın şərəfin qoruyurdu.

Azərbaycan millisinin də üzvü olan Mert "Neftçi" formasında meydana çıxdığı 38 qarşılaşmada 2 qol və 1 asistlə yadda qalmağı bacarmışdı.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!