"Qarabağ”dan ayrılan Patrik Andrade klubla vidalaşıb.
Sportinfo.az xəbər verir ki, kabo-verdeli yarımmüdafiəçi instaqram hesabında bunları yazıb:
“Qarabağ”dakı komanda yoldaşlarıma, klub rəsmilərinə və azarkeşlərə təşəkkürümü bildirərəm. Onlar geridə qalan iki ildə mənə çox dəstək oldular.
Orada xoşbəxt anlar yaşamışam. Özümü orada inkişaf etdirmişəm . “Qarabağ”a ailəsinə təşəkkürlər edirəm. “Qarabağ”a dəstək olmağa davam edəcəm”.


