Hansı azərbaycanlı baş məşqçi "Neftçi"nin rumın çalışdırıcısını ŞOKA SALIB? - VİDEO

23 İyun 2022 19:00 Neftçi 2 712
Hansı azərbaycanlı baş məşqçi "Neftçi"nin rumın çalışdırıcısını ŞOKA SALIB? - VİDEO

«Neftçi»ni qarşıdakı 2 mövsümdə Laurentsiu Regekampf çalışdıracaq.

Yuri Vernidub, Ertuğrul Sağlam, Viktor Qonçarenko kimi məşqçiləri Azərbaycana gətirə bilməyən «ağ-qaralar» rumıniyalı ilə böyük məbləğ qarşılığında anlaşıb.

Maraqlıdır ki, bakılıların idman direktoru Zaur Əzizov onunla tanışlığı 9 il öncəyə təsadüf edir. Həmin vaxt (2013-cü il, 31 yanvar) Əzizovun baş meneeeri olduğu «Qəbələ» Antalya toplanışı çərçivəsində «Styaua» ilə qarşılaşıb.

Regekampfın sükanı arxasında dayandığı Buxarest klubu Türkiyədən məğlubiyyətlə ayrılıb. Ona bu yenilgini yaşadan Ramiz Məmmədov olub.

«Qəbələ»yə ikinci qayıdışında uğurlu qrafik cızan azərbaycanlı mütəxəssisi rumın həmkarı üzərində qələbəyə Dodo sevindirib.

Braziliyalı hücumçunun 78-ci dəqiqədə vurduğu yeganə qol yoldaşlıq görüşünün taleyini müəyyənləşdirib.

Antalyada qeydə alınan hesab «Styaua»da şok kimi qarşılanıb. Axı Rumıniya klubu həmin mövsüm Çempionlar Liqasında dərin iz buraxıb.

Qrup mərhələsini aşan komandanın qarşısını yalnız «Çelsi» kəsə bilib. Başqa sözlə, Regekampflı «Styaua» 2013-cü ildə ilk məğlubiyyəti Ramiz Məmmədovun «Qəbələ»sindən, ardınca məşhur «zadəganlar»dan alıb.

Antalyadakı nəticə Regekampfı necə məyus edibsə, matçlan sonra paltardəyişmə otağında səsini qaldırıb, futbolçularından duş qəbul etmədən avtobusa minməyi istəyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!