Oktyabrın ikinci yarısında «Neftçi»yə gələn Vensan Abubakar hələ ideal forma yığmayıb.
Kamerunlu hücumçu bu barədə klub funksionerləri ilə söhbətində bildirib.
33 yaşlı ulduz maydan bəri oyun praktikası qazanmadığını, o üzdən bədəninin komfort hiss etmədiyini diqqətə çatdırıb.
Afrikalı forvard optimal formaya düşmək üçün ona 2-3 həftə vaxt lazım olduğunu gizlətməyib. Sabiq «Beşiktaş»lı bir qədər artıqlamağa çalışdığını deyib.
O, bundan ötrü hər gün əlavə məşqə çıxır. Bəzən bazada saatlarla vaxt keçirir, müxtəlif təmrinləri yerinə yetirir.
Hətta komandaya istirahət verildiyi günlərdə belə, bura gəlir, fixiki hazırlığına diqqət yetirir.
Abubakar Premyer Liqada iki oyuna çıxıb, «Qəbələ» və «Kəpəz»ə 1 qol vurub.
Ölkə kubokunun ikinci təsnifat mərhələsində MOİK-lə keçirilən matçda dubla imza atmasını da nəzərə alsaq, onun aktivində 4 qol var.
SPORTİNFO.AZ

