Rumıniyalı baş məşqçi “Neftçi”də VAR-DÖVLƏT QAZANACAQ

22 İyun 2022 09:00 Neftçi 2 431
Rumıniyalı baş məşqçi “Neftçi”də VAR-DÖVLƏT QAZANACAQ

“Neftçi”nin yeni baş məşqçisinin adına dünən aydınlıq gəldi.

Paytaxt klubunu bundan sonra Laurensio Regekampf çalışdıracaq.

46 yaşlı mütəxəssis 2 illik müqaviləyə imza atıb. Rumıniyalı ölkəmizdə keçirəcəyi ilk mövsümdə 220 min dollar civarında əməkhaqqı alacaq.

Növbəti sezonda isə bu məbləğ bir qədər artırılacaq. Bura qazanacağı nəticələrə görə əldə edəcəyi bonuslar daxil deyil.

O. Komandanı Premyer Liqa çempionu edərsə və ya kuboku qazanarsa, həmçinin avrokuboklarda qrup mərhələsinə yüksələrsə, böyük məbləğlə mükafatlandırılacaq.

Laurensio Regekampfın sonuncu iş yeri geridə qalan mövsümdə çalışdırdığı “Universitatya” (Krayova) olub. O, daha öncə ölkəsində “Snaqov”, “Qloriya” (Bıstritsa), “Konkordiya”, “Styaua” kimi komandalara da rəhbərlik edib.

Rumıniyalı Bolqarıstanın “Liteks”, Səudiyyə Ərəbistanının “Əl-Hilal” və “Əl-Əhli”, Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vahda” və “Əl-Vasl” klublarında baş məşqçilik edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!