Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Aris"in mətbuat katibi Kostas Papadopulos açıqlama verib.
Sportinfo.az xəbər verir ki, yerli mətbuata danışan Limassol təmsilçisinin rəsmisi Azərbaycan klubunun cütün favoriti olduğunu deyib:
"Avrokuboklara belə tez başlayan komandanın tam hazırlaşması mümkün deyil. Bacardığımız qədər hazırlıqlı olmağa çalışacağıq.
"Neftçi" favoritdir. Lakin biz də mərhələ adlamaq istəyirik".

