İsrail mətbuatı "Neftçi" ilə bağlı yeni xəbər tirajlayıb.
Yerli həmkarlarımız “ağ-qaralar”ın "Aşdod" ilə müqaviləsi başa çatan Ataa Caberlə maraqlandığını açıqlayıb.
Bildirilib ki, 28 yaşlı yarımmüdafiəçinin məsələsinə Bakı klubunun yeni baş məşqçisi bəlli olduqdan sonra aydınlıq gələcək.
"Aşdod"un heyətində 30 oyuna 2 qol vuran Ataa Caber daha əvvəl Hayfa "Makkabi"si və "Bney-Saxnin" klubunda da çıxış edib.
O, 2015 - 2017-ci illərdə İsrailin U-21 yığmasının da formasını geyinib.
“Neftçi”dən Sportinfo.az-a bu informasiyanı təsdiqləyiblər. Qeyd olunub ki, Caberlə şəxsi müqavilə şərtlərində anlaşma əldə edilib.
O, yeni transfer siyahısında yer alan 4-5 legionerdən biridir və böyük ehtimalla, yaxın günlərdə Azərbaycana gələcək.

