“Bakıda özümü kifayət qədər rahat hiss edirdim. Ailəm də həmçinin”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında ötən mövsümü “Neftçi”də keçirmiş Tiaqo Bezerra deyib.
Premyer Liqada 10 qola imza atan braziliyalı hücumçunun bakılılarla sözləşməsinin müddəti bitib.
Paytaxt təmsilçisində 320 min dollar qarşılığnda forma geyinmiş cənubi amerikalı forvard yenidən geri qayıtmağa hazır olduğunu söyləyib:
“Mənim içimdən keçən nədir? Karyeranı “Neftçi”də davam etdirmək. Orada olduğum müddətdə heç kimlə problem yaşamadım.
Ona görə də təklifə, söhbətə, müzakirəyə hazıram. Futbolda hər şeyə hazır olmağımız lazımdır.
Karyeramı “Neftçi”də davam etdirsəm, xoşbəxt olacam. Getsəm də, bu, dünyanın sonu sayılmayacaq”.

