“Turan”ı “Neftçi”dən üstün tutdu, yerinə başqa adam cəlb olundu

21 İyun 2022 17:40 Neftçi 3 261
“Turan”ı “Neftçi”dən üstün tutdu, yerinə başqa adam cəlb olundu

“Neftçi”də ayrılıq baş verib.

Uzun illərdir “Neftçi”nin akademiyasında çalışan qapıçılar üzrə məşqçi Kamil Qafarov klubdan ayrılıb.

Sportinfo.az xəbər verir ki, Qafarovu bu addımı atmağa Premyer Liqa klubundan aldığı təklif məcbur edib. Belə ki, ötənlərin “çərçivə” qoruyucusu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun təklifinə isti yanaşıb.

Kamil bəy qarşıdakı mövsümdə elitaya qayıdan komandanın qapıçılarına cavabdehlik daşıyacaq.

Maraq üçün qeyd edək ki, bir müddət öncə “Neftçi-2”yə baş məşqçi təyin olunan Rəşad Abdullayev sözügedən məşqçini özünə köməkçi götürmüşdü.

Lakin “Turan Tovuz”dan gələn təklifi geri çevirə bilməyən Qafarovun məlum qərarınan sonra Abdullayev özünə yeni köməkçi axtarmalı olub.

Belədə “Neftçi”nin akademiyasında çalışan başqa bir mütəxəssis Elxan Ağayevlə ortaq məxrəcə gəlinib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!