Samir Abasov narazılığını dilə gətirdi: "Məni "Neftçi"də saxlasalar…"

14 May 2022 11:00 Neftçi 1 984
Samir Abasov narazılığını dilə gətirdi: "Məni "Neftçi"də saxlasalar…"

"Bu gün sosial şəbəkələr, telekanallar, mətbuat nəticəmizi qəbul etməyib, sırf bir oyunun üstündə dayanırsa, bu, baş məşqçi olaraq mənə də xoş deyil".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Neftçi"nin baş məşqçisi Samir Abasova məxsusdur.

O, mediadan dan narazılığını dilə gətirib:

"Yunanıstanın "Olimpiakos", İsrailin "Makkabi" (Hayfa) klubları ilə oyunlardan, hətta "Qarabağ"a 1:2 hesabı ilə uduzduğumuz matçdan sonra azarkeşlə bizi alqışlayırlarsa, necə olur ki, bir dəqiqənin içində məni "savadsız məşqçi" adlandırırlar?

Nə dəyişdi ki? Fikrimcə, bunlar bizim azarkeşlər deyil. Burada söhbət təkcə fanatlardan deyil, mediadan da gedir.

Bizə qarşı ayrı-seçkilik edirlər. "Neftçi"yə nə qədər "flaqman" deyilsə də, hələ də sevilən klub halına gəlib çıxmamışıq.

Simpatiya baxımından da çox geri qalırıq. Bu, nədən qaynaqlanır? Bu sualı öz azarkeşlərimizlə danışsam, yaxşı olar.

Sadəcə, istəyim odur ki, belə şeylərə uymasınlar. Hər şeyi analiz etsinlər. "Neftçi" ikinci yeri tutubsa, nəticə baxımından pis deyil.

Çoxları deyir ki, yaxşı baş məşqçi yaxşı oyun oynadar. Düşünürəm ki, bu, yanlış ifadədir. Azarkeşlərimiz əsəbiləşməsin, hirslənməsinlər.

Məni buraya klub rəhbərliyi təyin edib. İki oyundan sonra müqaviləm başa çatır. Qərarı da Müşahidə Şurası verəcək. Saxlasalar, qalıb işləyəcəm".

Digər Xəbərlər
Xəbər Lenti