"Neftçi"nin baş məşqçisi: "Onsuz da, biz nə desək, olay olur"

13 May 2022 00:40 Neftçi 908
"Neftçi"nin baş məşqçisi: "Onsuz da, biz nə desək, olay olur"

"Onsuz da biz nə desək, olay olur, bu cür qarşılayırlar".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov azarkeşlərlə bağlı yaşadığı qalmaqala münasibət bildirərkən deyib.

44 yaşlı mütəxəssis artıq buna normal yanaşdığını söyləyib:

"Bunlar bir günün içində baş verən proseslər deyil. Burada oyunun təzyiqi də rol oynayır.

Bilirsən ki, haradasa partlaya bilər. Çünki hər iki tərəf də insandır. Bundan öncəki proseslərdən medianın xəbəri yoxdur.

Bildiyim qədərilə, bizim ən qatı azarkeş qrupumuz olan "Forza Neftçi"də də liderlər dəyişib.

Bəlkə onların da xəbəri yoxdur. Hesab edirəm ki, bu, azarkeşlərlə mənim aramda son qalmaqal olar".

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda