Ədalət axtaran Abasov, yoxsa... Əcəb işdi, vallah!

24 Sentyabr 2021 20:00 Neftçi 1 202
Ədalət axtaran Abasov, yoxsa... Əcəb işdi, vallah!

"Neftçi" 7 illik fasilədən sonra ötən mövsüm "Qarabağ"ı "taxt"dan salmağı bacardı.

Hər şeyə isə son tur "Dalğa Aren"da baş tutan "Neftçi" - "Qarabağ" oyununda aydınlıq gəldi. 90-cı dəqiqədə Ahmed Ahmedovun qolu uzun həsrətin son çatması üçün yetərli olmuşdu.

Amma qola kimi olan bəzi epizodlar çempionluğa kölgə salmışdı. Ən əsası da Xayme Romeroya qarşı "Neftçi"nin cərimə meydançasında açıq-aşkar edilən qayda pozuntusuna baş hakimin göz yumması hələ də qaranlıq olaraq qalır.

Ümumiyyətlə, Elçin Məsiyevin idarəçiliyi futbol ictimaiyyətində geniş müzakirələrə və şübhələrə yol açmışdı.

Görünür, təkcə futbol ictimaiyyəti üçün yox, elə baş məşqçi Samir Abasov üçün də həmin çempionluq müəyyən qədər şübhəli məqamlarla yadda qalıb.

Belə olmasaydı dünən "Neftçi TV"yə müsahibə verən gənc mütəxəssis bu sözləri dilinə gətirməzdi.

Sitat: " Meydandan kənardakı gərginliklərin içində olmaq istəmirik. Bu, ötən mövsüm başımıza gəlmişdi. Təmiz və ədalətli oyunla qalib gəlmək niyyətindəyik".

Samir müəllim, ötən mövsüm başınıza nə gəlmişdi? Meydandan kənar hansı gərginlik sizi yormuşdu? Və ya arxada qalan il qazandığınız çempioluq təmiz deyildi?

Bu açıqlamada ədalət axtarışından çox, ötən mövsümə, daha dəqiqi ötən mövsümün son oyununa incə toxunuş daha çox gözə dəyir.

Olmuya özünüz də öz qazandığınız çempionluğa şübhə ilə yanaşırsınız, Abasov? Əcəb işdi, vallah...

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti