Samir Abasov "Qarabağ"la oyunu gözləyir?

20 Sentyabr 2021 13:00 Neftçi 1 716
Samir Abasov "Qarabağ"la oyunu gözləyir?

Ötən tur "Neftçi"nin "Qarabağ"a məğlubiyyətindən sonra əsas müzakirə olunan məsələlərdən biri də gənc futbolçu Famil Camalovun belə ağır oyunda əsas heyətdə meydana çıxması idi.

Əbəs deyil ki, oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçi Samir Abasova ünvanlanan ilk suallar da elə bu qərarı ilə bağlı oldu.

"Qoçaq" çalışdırıcı isə "çevik" tərpənərək suala sualla cavab verdi: "Famil Camalov bu cür oyunlarla böyüyəcək, bərkiyəcək. Cavan uşaqlara niyə şans vermiyək? Bəs bunlar necə inkişaf etsin, necə təcrübə yığsın?".

Cəmi 1 tur sonra "Neftçi" dünən "Keşlə" ilə üz-üzə gəldi. O "Keşlə" ki, çempionatın autsayderidir. Meydana çıxdığı 3 görüşdə də məğlubiyyət görüb. Dünənki görüşə isə Anatoli Abanqsız, Şəhriyar Əliyevsiz pərən-pərən heyətlə meydana çıxacaqdı.

Amma nədənsə gənc futbolçuların inkişafını, böyüməsini istəyən Abasov belə rəqiblə oyunda Famili ehtiyatda saxlamışdı. Bu azmış kimi...

İsmayıl Zülfiqarlı 68-ci dəqiqədə vurduğu qolla fərqi 3 topa yüksəltdi. Gənc futbolçuların inkişafından danışan Abasovun belə üstünlükdəm sonra da Famil yadına düşmədi.

Yəqin ki, "dahi" Abasov gənc Famili "Qarabağ"la növbəti görüşə hazırlayır. Bişməyi, inkişafı, təcrübə yığması üçün...

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!