“Neftçi”nin “Olimpiya” vaxtı - Oyunun yeri və saatı açıqlandı

21 İyun 2021 01:10 Neftçi 866
“Neftçi”nin “Olimpiya” vaxtı - Oyunun yeri və saatı açıqlandı

“Neftçi”nin təlim-məşq toplanışının ikinci mərhələsində keçirəcəyi ilk yoxlama matçının məkanı və başlanma saatı müəyyənləşib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Sloveniyadan “Olimpiya” ilə görüş “Kodeljevo Sport Ljubljana” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Oyun “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

Sloveniyanın Kranyska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşan "Neftçi" toplanış çərçivəsində daha 2 yoxlama oyunu keçirəcək.

İyunun 25-dəki görüşdəki rəqib hələ ki müəyyənləşməyib. Sonuncu sınaq matçı isə ayın 29-da Moskva “Spartak”ına qarşı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti