Honda: "Neftçi"nin prezidentindən maaşımı soruşa bilərsiz"

5 May 2021 16:40 Neftçi 1 094
Honda: "Neftçi"nin prezidentindən maaşımı soruşa bilərsiz"

"Pandemiyanın başlanmasından sonra klub tapmaq çətin oldu. Özümə uyğun komanda tapa bilmirdim.

Bir neçə liqada transfer pəncərəsi artıq bağlı olsa da, bəzilərində açıq idi. Bu variantlardan birini seçməli idim".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin futbolçusu Keysuke Honda "Neftçi TV"də yayımlanan "Həmsöhbət" verilişində flaqmana keçidi barədə danışarkən deyib.

Yaponiyalı yarımmüdafiəçi bildirib ki, yeni çağırış gözlədiyi üçün Bakı klubunu seçib:

"Yaponiyaya qayıtmaq istəmirdim. Çünki gənc yaşlarımdda orada 3 il oynamışam. "Neftçi"də çempion olma şansım var. Bu imkan məni həyəcanlandırır. Burada olduğum üçün xoşbəxtəm. Ağ-qara rənglərdən xoşum gəlir".

Honda "Neftçi" ilə cari mövsümün sonunadək müqavilə imzalayıb. 35 yaşlı oyunçu "Neftçi"yə pul üçün gəlmədiyini söyləyib:

"Sadəcə, karyeramı davam etdirirəm. Fəxr edirəm ki, böyük klubda oynayıram. "Neftçi"nin prezidentindən maaşımı soruşa bilərsiniz".

Digər Xəbərlər
Xəbər Lenti