"Meydanda sanki mexanizm işləyirdi" - Samir Abasov

17 Aprel 22:35 Neftçi 1 104
"Meydanda sanki mexanizm işləyirdi" - Samir Abasov

"Komandamızı təbrik edirəm. Qələbə qazandıq. Yolumuza davam edirik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə "Zirə"ni 4:0 hesabı ilə məğlub etdikləri Premyer Liqanın XXIII tur oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, 4:0 udursansa, deməli, emosiyalar müsbətdir: "Öz azarkeşlərimiz mənə irad tutur ki, əvvəlki komandalarda daha çılğın idiniz. Ortaq yol tapmalıyam. ki, həm sizi, həm də onları razı salım. "Zirə" doğrudan da yaxşı komandadır. Baş məşqçisi qısa müddətdə böyük işlər görüb. Bizi onlarla oyun ərəfəsində çox fikirləşməyə vadar etdi. Bu gün istənilən hesab ola bilərdi. Bu hesab "Zirə"nin gücünü göstərmir. Əsas odur ki, arxayınlaşmayaq. Oruc tutan futbolçular var. Hər şeyə fikir verməliyik".

Abasov qələbəni səbirli oynamaları ilə əlaqələndirib: "Zirə" ilə əvvəlki 3 oyunu götürsək, onlara qarşı elə də pis oynanamamışdıq. Sadəcə, qol epizodlarına girə bilməmişdik. Bu gün isə daha səbirli, ehtiyatlı oynadıq. Matçın açar hissəsi də bu oldu. Yeganə fərq səbrli oynamağımız oldu".

Baş məşqçi mövsüm ərzində ən yaxşı oyunlarını keçirdiklərini vurğulayıb: "Qəbələ"yə qarşı da çox yaxşı təsir bağışlamışdıq. Sadəcə, orada tələsirdik. Məşqlərdə etdiyin meydanda alınanda bundan zövq alırsan. Bu gün futbolçularımız tam olaraq "Zirə"yə köklənmişdi. Meydanda sanki mexanizm işləyirdi".

Digər Xəbərlər
Xəbər Lenti
17 May 23:00 Bu il bağlanmayacaq?