AFFA millinimn yeni baş məşqçisindən GÜZƏŞT GÖZLƏYİR

28 Mart 2020 18:48 Milli komanda 966
AFFA millinimn yeni baş məşqçisindən GÜZƏŞT GÖZLƏYİR

Bir neçə saat öncə xəbər verdiyimiz kimi, AFFA İcraiyyə Komitəsi (İK) aprelin son ongünlüyündən tez bir araya gəlməyəcək.

Federasiyadan aldığımız məlumata görə, İK-nitn iclasının ayın 20-dən sonra yığışması gözlənilir.

Lakin bu da hələ dəqiq deyil. Ölkə ərazisində elan olunan karantinin müddəti artırılsa, komitə üzvlərinin videokonfrans vasitəsilə toplanması variantı nəzərdən keçiriləcək. Çünki gündəlik müzakirəsi vacib məsələlərlə doludur. Onların başında millinin baş məşqçi postuna namizədlər gəlir.

Həmçinin Lisenziyalaşdırma Qrupunun işi, Premyer Liqanın gələn mövsümü, I Divizion və Region Liqasının ialeyi və digər məsələlər müzakirə olunmalıdır.

Ötən ilin dekabrında Nikola Yurçeviçlə yolları ayıran qurum onu kiminlə əvəzləyəcəyini müəyyənləşdirməyə gec qalır. Halbuki fevralın ilk həftəsində bununla bağlı əsas suallara aydınlıq gətirilməsi planlaşdırılmışdı.

Hadisələr AFFA rəhbərliyinin düşündüyü istiqamətində inkişaf etməyincə, prosesin davamını gətirmək indi çətinləşib. Koronavirus təhlükəsinin sürətlə böyüməsi federasiyanın namizədlərlə insiensiv danışıqlar aparmasına ciddi maneə yaradıb, lakin demək olmaz ki, əlaqələr tamamilə kəsilib.

Əslində, AFFA əcnəbi mütəxəssislərdən biriylə bir çox məsələlərdə şifahi şəkildə anlaşıb, sadəcə, maliyyə ilə bağlı bəzi şərtlərin bir daha müzakirəsi qalıb.

Qurum ümid edir ki, pandemiya dünya futbol bazarındakı qiymətlərə də təsirsiz ötüşməyəcək və qarşı tərəf müəyyən güzəştlərə gedəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti