Abdullah Avcı Sportinfo.az-ın SENSASİON XƏBƏRindən danışdı

19 Fevral 2020 18:36 Milli komanda 1 568
Abdullah Avcı Sportinfo.az-ın SENSASİON XƏBƏRindən danışdı

“Azərbaycan millisinin baş məşqçisi olacağımla bağlı indidən nəsə deməyim doğru olmaz”.

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a Türkiyə yığmasının keçmiş baş məşqçisi Abdullah Avcı deyib.

Yığmamızın baş məşqçi postuna namizədlərdən olan 57 yaşlı mütəxəssis məsələ ilə bağlı fikirlərini bildirib. Türkiyə mətbuatında haqqında yazılanların əksinə, son iş yeri “Beşiktaş” olan Avcı konkret bir söz deməkdən çəkinib.

O, AFFA ilə danışıq apardığını nə təkzib, nə də təsdiq edib: “Mənim hazırda “Beşiktaş”la müqavilə məsələm tam həllini tapmayıb. Oradan ayrılsam da, təzminatla bağlı proseslər davam edir.

Bu problem həllini tapmayınca hansısa klub və ya yığma ilə anlaşmağı düşünmürəm. Yalnız bundan sonra gələn təkliflərə konkret cavab verə və danışıq apara bilərəm”.

Ötən ay “Beşiktaş”dan istefaya göndərilən Abdullah Avcı müqavilə müddəti başa çatmadığından, Türkiyə klubundan hər ay 1 milyon lirə təzminat alır.

Məşhur türkiyəli məşqçinin AFFA ilə danışıqlar aparması haqda ilk xəbəri Sportinfo.az yazıb (https://www.sportinfo.az/idman_xeberleri/milli_komanda/77460.html).

Digər Xəbərlər
Xəbər Lenti