Yığmamızdan qovulan futbolçu "Zirə"yə keçdi

26 Yanvar 2020 12:35 Milli komanda 1 938
Yığmamızdan qovulan futbolçu "Zirə"yə keçdi

Antalyada təlim-məşq toplanışında olan U-19 millimizin heyətindən intizamsızlığa (siqaret çəkdiyi üçün) görə qovulan Elnur Hüseynov özünə yeni klub tapıb.

"Neftçi"dən də kənarlaşdırılan 17 yaşlı qapıçı mövsümün qalan hissəsini "Zirə"də keçirəcək. Hüseynov qəsəbə klubunun əvəzedici heyətində forma geyinəcək. O, "Zirə-2" ilə 6 aylıq anlaşıb.

Bu barədə Sportinfo.az saytına müraciət edən qolkiper əməlindən peşman olduğunu deyib: "Həyatda səhvsiz insan yoxdur. Səhv əməllərimdən nəticə çıxardıb "Zirə"nin çempionatda yaxşı nəticələr qazanması və yenidən milli komandaya qayıtmağım üçün çalışacam".

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?