Azərbaycanda tanınan baş məşqçi AFFA-ya lazım deyil

17 Yanvar 2020 20:32 Milli komanda 1 223
Azərbaycanda tanınan baş məşqçi AFFA-ya lazım deyil

Rusiya mətbuatı "Astana"dan ayrılan Roman Qriqorçukun Azərbaycan millisinin başına keçə biləcəyi haqda iddia ilə çıxış edib.

Xəbərdə ukraynalı mütəxəssinin uzun müddət işsiz qalmayacağı və AFFA ilə danışıqlar apardığı qeyd olunub.

Qriqorçuk yanvarın 13-də "Astana"dan ayrılıb. O, ötən mövsüm komandası ilə Qazaxıstan çempionu adını qazanmışdı.

Bu gün “qafqazinfo”ya danışan "Qəbələ"nin sabiq çalışdırıcısı hələ ki, məsələ barədə danışmaq istəmədiyini bildirib: “Hazırda fasilədir və bu barədə fikir bildirmək istəmirəm. Fikrimcə, mövzu haqqında indi danışmaq doğru deyil”.

Sportinfo.az-ın məlumatına görə, Qriqorçuk həqiqətən AFFA-ya təklif olunub. Amma tərəflər danışıqlar masası arxasına keçməyib.

Çünki federasiya daha tanınmış mütəxəssis sorağındadır və onların bir neçəsiylə görüşülüb.

Üç il Premyer Liqada çalışması və Azərbaycan futboluna yaxından bələd olması Qriqorçuk üçün üstünlük sayılsa da, xarakterindəki çətinliklər, başqa sözlə, problemli məşqçi gözündə görülməsi AFFA-nın onun namizədliyini ciddiyə almamasını şərtləndirib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı