Millimizin futbolçusu sarı vərəqə və 1 xal aldı - VİDEO

7 Dekabr 2019 09:14 Milli komanda 690
Millimizin futbolçusu sarı vərəqə və 1 xal aldı - VİDEO

İspaniya 2-ci liqasında 19-cu turun oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Ekstremadura” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Millimizin üzvü 33-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. “Albasete” hazırda 27 xalla 22 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 18:10 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 03:20 "Sabah" "Gəncə"ni uddu