Balayev ikinci oldu

4 Dekabr 2019 12:57 Milli komanda 855
Balayev ikinci oldu

"Tobol"un şərəfini qoruyan millimizin qapıçısı Emil Balayev Qazaxıstan klubunda başa çatan mövsümdə fərqlənənlər siyahısına düşüb.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı əlcək sahibi geridə qalan mövsüm "Tobol"un heyətində ən çox meydanda olan 3 futbolçudan biridir.

Yığmamızın "1 nömrə"si komanda yoldaşı - yarımmüdafiəçi Ruslan Valiullindən yalnız 25 dəqiqə geri qalaraq ikinci yeri tutub. Emilin aktivində 31 oyunda ümumilikdə 2790 dəqiqə var.

Digər Xəbərlər
Xəbər Lenti