Milan Obradoviç: "Nə etdiyimizi bilmirdik"

19 Noyabr 23:00 Milli komanda 115
Milan Obradoviç: "Nə etdiyimizi bilmirdik"

U-21 millisinin baş məşqçisi Milan Obradoviç Ukrayna ilə yoxlama oyunundan sonra fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, serbiyalı mütəxəssis 1:1 hesabı ilə başa çatan oyunu şərh edib:

“Yeni dəvət olunmuş futbolçulara şans verməyi planlaşdırmışdıq və belə də etdik. Oyunun əvvəlində bir qədər istədiyimizi reallaşdıra bilmədik. Çıxışımız qeyri-sabit alınırdı, əminlik çatmırdı.

Bu da qeyd etdiyim kimi, heyətdə yeni dəvət etdiyimiz futbolçulara üstünlük verməyimizdən və çox istəkli olmağımızdan irəli gəlirdi. Son 30 dəqiqədə 2 hücumçu ilə çıxış etdik. Narazı qaldığım məqamlardan biri oyun zamanı bəzən nəzarəti tamamilə əldın verməyimizlə bağlıdır.

Elə dəqiqələr olurdu ki, nə etdiyimizi bilmirdik. Ukrayna millisinin əks-hücumlarda daha yaxşı təsir bağışladığını bilə-bilə onlara oynamaq imkanı yaradırdıq”.

Xəbər Lenti
7 Dekabr 12:15 O gəlir, Şeydayev gedir
7 Dekabr 11:47 Sadio Mane - ən yaxşı
7 Dekabr 09:00 "Sumqayıt" "YOX" deyir