Ronaldo DÇ-2026-dakı son qələbəni eyvanda qeyd etdi - VİDEO

4 İyul 12:20 Dünya futbolu 348
Ronaldo DÇ-2026-dakı son qələbəni eyvanda qeyd etdi - VİDEO

Portuqaliyanın dünya çempionatının 1/8 final mərhələsində Xorvatiya üzərində 2:1 hesablı qələbəsindən sonra Kriştianu Ronaldo və komanda yoldaşları qələbəni qeyd ediblər.

Sportinfo.az xəbər verir ki, onlar eyvanda coşqu dolu anlar yaşayıblar. Bu zaman aşağıda yüzlərlə azarkeş onlara dəstək olaraq şüarlar səsləndirib.

Xatırladaq ki, Portuqaliya matçın sonlarına doğru həlledici qolu vuraraq 2:1 hesablı qələbəni rəsmiləşdirib. Bu nəticə ilə onlar turnirdə növbəti mərhələyə yüksəlib, Xorvatiya isə dünya çempionatı ilə vidalaşıb.

Portuqaliyanın 1/4 finaldakı rəqibi İspaniya olacaq.

Sözügedən anları təqdim edirik:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 21:30 Çək və bizə göndər!