“Qarabağ”dan ayrılan Kevin Medina karyerasını Malayziyada davam etdirəcək.
33 yaşlı mərkəz müdafiəçisi “Johor”la anlaşıb.
Şəhərin adını daşıyan klub “Qarabağ” azarkeşlərinin sevimli futbolçusunu ictimaiyyətə təqdim edib.
Kevin Malayziyada top qovmaqla təkcə yerli və Asiya klublarına qarşı yox, həm də dünya nəhənginə qarşı forma geyinə biləcək.
O, növbəti dəfə “Çelsi”ylə oyunda meydana çıxacaq.
Avqustun 9-da Çempionar Liqasının ikiqat qalibi ilə son Malayziya çempionu arasında yoldaşlıq görüşü baş tutacaq.
İki qitə və iki klub arasında futbol çərçivəsində əlaqələrin yaxşılaşdırılması üçün hesablanmış matç “Çelsi”nin Asiya səfəri zamanı keçiriləcək.
Oyunun Johorda yerləşən “Sultan İbrahim” stadionunda gerçəkləşməsi nəzərdə tutulub.
Maraq üçün bildirək ki, Kevin Medina avrokuboklarda dəfələrlə İngiltərə klublarına qarşı oynayıb.
Ötən il noyabrın 5-də Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Bakıda baş tutan “Qarabağ” – “Çelsi” qarşılaşması 2:2 hesabı ilə başa çatıb.
Start heyətində meydana çıxan Kevin sona qədər mübarizə aparıb.
HƏBİB / SPORTİNFO.AZ

