Dünya çempionatı ərəfəsində Tunis komandasının səkkiz oyunçusunun analizlərində qadağan olunmuş maddə (dopinq) aşkar edilib.
Sportinfo.az xəbər verir ki, bu haqda “The Times” nəşri məlumat yayıb.
İdmançıların qanında qadağan olunmuş klenbuterol maddəsinin izləri tapılıb. Ehtimal olunur ki, həmin maddə komandanın Meksikadakı təlim-məşq toplanışı zamanı verilən yerli ətdən keçib.
Oyunçuların çıxış etdikləri klublara nəticələr barədə məlumat verilib, lakin ciddi sanksiyaların tətbiqi gözlənilmir.
Tunis millisi DÇ-nın üçüncü mərhələsində Niderland komandasına məğlub olub. Oyun 3:1 hesabı ilə başa çatıb.

