Fərqli milliləri seçən qardaşlar - Burada bzidən kim var?

13:40 Bizimkilər 109
Fərqli milliləri seçən qardaşlar - Burada bzidən kim var?

Türkiyə mətbuatı fərqli milliləri seçən futbolçu qardaşlarla bağlı araşdırma aparıb.

Sportinfo.az xəbər verir ki, siyahıda Azərbaycan millisinin üzvü də var.

Belə ki, Türkiyə əsilli Ozan Can Kökçü 2022-ci ildən əsas yığmamızın formasını geyinib. Onun kiçik qardaşı Orkun Kökçü isə 2020-ci ildə Türkiyə millisini seçib.

Kökçülərlə yanaşı, siyahıda Jerome Boatenq (Almaniya) – Kevin Prins Boatenq (Qana), Pol Poqba (Fransa) – Florentin Poqba (Qvineya), Qranit Caka (İsveçrə) – Taulan Caka (Albaniya), Tyaqo Alkantara (İspaniya) – Rafinya (Braziliya), Niko Uilyams (İspaniya) – İnyaki Uilyams (Qana), Bredli Barkola (Fransa) – Malkolm Barkola (Toqo), Desire Due (Fransa) – Quela Due (Kot d İvuar), Conatan De Quzman (Niderland) – Yulian De Quzman (Kanada), Kristian Vyeri (İtaliya) – Massimiliano Vyeri (Avstriya), Valon Berişa (Kosovo) – Veton Berişa (Norveç), Ticani Reynders (Niderland) – Eliano Reynders (İndoneziya), Albert Sambi Lokonqa (Belçika) – Pol Joze Mpoku (Konqo), Karim Rekik (Niderland) – Omar Rekik (Tunis), Gedeon Kalulu (Konqo) – Pyerr Kalulu (Fransa), Morqan Qilavoqui (Qvineya) – Joşua Qilavoqui (Fransa) və Ramiro Funes Mori (Argentina) – Rogelio Funes Mori (Meksika) qardaşları da müxtəlif millilərin formasını geyiniblər.

Ozan Can Kökçü Azərbaycan millisinin heyətində 14 oyun keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti