“Dadını çıxarın, bu, onun son rəqsidir” - Ronaldonun bacısı

“Dadını çıxarın, bu, onun son rəqsidir” - Ronaldonun bacısı

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldonun dünya çempionatından sonra milli komandadakı karyerasını başa vuracağı iddia edilir.

Sportinfo.az “Bein sports”a istinadən xəbər verir ki, bu barədə futbolçunun bacısı Katia Aveiro açıqlama verib.

O, Portuqaliyanın mundialdakı oyunu öncəsi jurnalistlərə bildirib ki, turnir Ronaldonun milli komandadakı “son rəqsi” olacaq:

“Onunla bağlı bu anların dadını çıxarın. Əldə etdiyim məlumata görə, bu, onun son rəqsidir”.

Buna baxmayaraq, Kriştiano Ronaldo özü hələ ki, milli karyerasını başa vuracağını rəsmi şəkildə təsdiqləməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti