Siz də tanış olun - Bu da yenilənmiş “Qarabağ”ın start “11-liy”i!

22:20 Qarabağ 387
Siz də tanış olun - Bu da yenilənmiş “Qarabağ”ın start “11-liy”i!

“Qarabağ”ın 10 günlük Avstriya toplanışı başa çatdı.

Bakıdakı hazırlıq mərhələsində “Zirə” ilə yoxlama matçı keçirən ağdamlılar 43 hesabı ilə qalib gəlmişdi.

Avropadakı sınaq matçlarında təmsilçimiz yerli “Tirol”u 4:0 hesabı ilə udub, “Metallist Xarkov”a (Ukrayna) 2:6, “Ferentsvaroş”a 0:1 hesabı ilə məğlub oldu.

Keçirilən 4 oyunun yekununa əsasən Qurban Qurbanovun “Vestri” ilə matçlarda güvənəcəyi “11-liy”i təxmin etmək çətin deyil.

Qapıda görməyə alışdığımız Mateus Koxalski dayanacaq.

Müdafiənin mərkəzində Bədavi Hüseynovla Mateus Silvanın yer alacağına şübhə etməyə dəyməz. Bəhlul Mustafazadənin meydana çıxmağa hazır olmadığını nəzərə alsaq, 35 yaşlı Bədavinin şans qazanması anlaşılandır. Müdafiənin sağı Dani Bolta, solu Bruno Lanqaya tapşırılacaq.

Yarımmüdafiədə dağıdıcı funksiyasını Pedro Bikalyo daşıyacaq. Onun yanında, yəni həm dağıdıcı, həm də yaradıcı Marko Yankoviç olacaq. “10 nömrə” funksiyasını Joni Montiel yerinə yetirəcək. Montieli Kadi Borgesin əvəz etmək ehtimalı az olsa da, yox deyil.

Leandro Andradenin gedişindən sonra yarımmüdafiənin sağında Kamilo Duran yer alacaq. Renaldo Sefas formaya düşənə qədər Duran buradakı boşluğu aradan qaldırmalıdır. Əks tərəfin ağası Abdullah Zubir bu gün də toxunulmazdır.

Komandanın qol vurmaq öhdəliyinin Zakaria Savonun çiyinlərində olacağına isə şübhə etməyə dəyməz.

Hansısa gözlənilməz zədə və ya xəstəlik müşahidə olunmasa, “Qarabağ” “Vestri” ilə ilk matça məhz bu start heyəti ilə çıxacaq.

İyulun 9-da Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq ilk oyun Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək və start fiti saat 20:00-da çalınacaq.

Cavab dueli iyulun 16-da İslandiyada keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti