"Neftçi" rəhbərlyi britaniyalı qolçunu razı saldı, müqavilə uzadıldı

16:40 Neftçi 438
"Neftçi" rəhbərlyi britaniyalı qolçunu razı saldı, müqavilə uzadıldı

"Neftçi" rəhbərlyi nəhayət, Bassala Sambu ilə bağlı uzun müddət davam edən qeyri-müəyyənliyə son qoya bilib.

İlyarım əvvəl bura gəlmiş hücumçu ilə müqavilənin müddəti uzadılıb.

İngiltərəli legioner minimum daha 1 il ağ-qara formanı geyinəcək.

Sambunu razı salmaq heç də asan olmayıb. Britaniyalı kontraktını uzatmaqdan ötrü illik maaş tələbini 500 min dollardan 400 minə salıb və bu rəqəmin üzərində dayanıb.

Danışıqların yekununda isə 28 yaşlı forvard daha da yumşalıb - ortaq məxrəcə gəliblər.

Bura 2025-ci ilin fevralında gəlmiş Sambunun son klubu Cənubi Kiprin "Paralimni"si olub.

Karyerasına İngiltərədə başlayan Sambu “Koventri”nin yetirməsidir. O, 2017 və 2019-cu illərdə “Everton”la 23 yaşadək futbolçular arasında keçirilən İngiltərə premyer-liqasının çempionu olub.

Ölkə xaricində 2021-ci ildə icarə əsasında oynadığı “Randers”lə Danimarka kubokunu qazanıb.

Afrika kökənli qolçu bu mövsümün yekunlarına əsasən, "Neftçi"nin ən məhsuldar iki simasından biridir. Onunla yanaşı, Emin Mahmudov da liqada 11 dəfə fərqlənib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti