"Neftçi" Fransadakı Dünya Seriyasında 1/4 finala vəsiqə qazandı

4 İyul 03:10 Basketbol 325
"Neftçi" Fransadakı Dünya Seriyasında 1/4 finala vəsiqə qazandı

İyulun 3-də 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Marsel (Fransa) mərhələsinin ilk oyun gününün görüşləri keçirilib.

Sportinfo.az xəbər verir ki, ölkəmizi bu mərhələdə təmsil edən "Neftçi" klubu ilk qrup oyununda Macarıstan yığmasına əlavə vaxtın sonunda 19:18, ardınca isə Slovakiya millisinə 21:14 hesabı ilə qalib gəlib.

"Neftçi" bununla da qrup lideri olaraq 1/4 finala vəsiqə qazanıb.

"Neftçi" bu mərhələdə C qrupunun ikincisi ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Oktyabr 18:10 Çək və bizə göndər!
7 Oktyabr 10:00 Messi də getdi… FOTOLAR