Avropa çempionatında tarixi nəticəyə imza atan Azərbaycan komandası qayıtdı

4 İyul 04:40 Cüdo 351
Avropa çempionatında tarixi nəticəyə imza atan Azərbaycan komandası qayıtdı

İspaniyada keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatında tarixi nəticəyə imza ataraq 10 medal qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb.

Sportinfo.az xəbər verir ki, idmançıları gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Cüdoçuları yaxınları, azarkeşlər, ictimaiyyət nümayəndələri, mətbuat nümayəndələri qarşılayıblar.

Zəhra Quliyeva (40 kq) və Nihad Ağayev (50 kq) qızıl, Fərid Rzazadə (50 kq), Sadiq Məmmədov (73 kq), Ömər Axundov (90 kq) gümüş, İbrahim Talıbov (55 kq), Könül Eyvazlı (48 kq), İlkin Qarayev (66 kq), Ayxan Həsənli və Yaqub Məmmədov isə bürünc medal qazanıblar.

Digər Xəbərlər
Xəbər Lenti
10 Avqust 18:10 Çək və bizə göndər!