"Neftçi" braziliyalı hücumçu ilə danışıqları bərpa etdi

19:00 Neftçi 329
"Neftçi" braziliyalı hücumçu ilə danışıqları bərpa etdi

"Neftçi" hücumçu axtarışlarını davam etdirir.

"Ağ qaralar" yenidən Rikardinyo ilə danışıqlara başlayıb.

25 yaşlı forvardın son klubu "Viktoriya Plzen" olub.

Hazırda azad agent olan braziliyalı daha əvvəl "Kayrat" və "Makkabi"də də forma geyinib.

Avropada ilk çıxış etdiyi komanda isə Bolqarıstan "Levski"si olub.

"Neftçi" onu məhz Bolqarıstanda çıxış etdiyi dönəmdən izləyir. Ötən mövsüm "Kayrat"da olanda da transferi üçün cəhdlər edib.

Yuri Vernidubun bəyəndiyi Cənubi amerikalı ilə danışıqlar yenidən aparılır.

Futbolçu vətənində “Qremio”, “Maritimo” və “Atletiko Qoyaniense”də oynadıqdan sonra 2023-cü ildə “Levski”yə keçib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti