Azərbaycanda klubu kurasiya etmiş rəhbər həbs olundu - FOTO

11:00 Problem 169
Azərbaycanda klubu kurasiya etmiş rəhbər həbs olundu - FOTO

“Azərenerji”nin keçmiş baş direktoru Etibar Pirverdiyevə bağlı olduğu bilinən “Azenco” şirkətinə rəhbərlik etmiş Vüqar Əliyev həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, V.Əliyev 3 milyon manatdan çox mənimsəmədə ittiham olunur.

İş üzrə ibtidai araşdırma artıq başa çatıb. V.Əliyevə Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham elan olunub.

Bu maddənin sanksiyası 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Yaxın günlərdə məhkəmə başlayacaq.

Etibar Pirverdiyev “Azərenerji”yə rəhbərlik etdiyi dövrdə “Azenco” Azərbaycanda nəhəng enerji infrastrukturu layihələrinin həyata keçirilməsində, həmçinin dövlət büdcəsindən maliyyələşən digər işlərdə iştirak edib.

E.Pirverdiyev vəzifəsindən uzaqlaşdırıldıqdan sonra “Azenco”ya daxil olan büdcə vəsaitlərinin həcmi əhəmiyyətli dərəcədə azalıb.

2022-2023-cü illərdə “Azenco”nun idarə heyətinin sədri Əliyev Vüqar Tofiqoviç olub. Sonradan isə eyni şirkətin Müşahidə Şurasının sədri işləyib.

Sportinfo.az-ı məlumatına görə, sözügedən şəxs “Şahdağ“a da başçılıq edib. O, 2023-2025-ci illər aralığında Qusar klubunu kurasyia eləyib.

Məhz onun fəaliyyəti dövründə aşkarlanan nöqsanlar üzündən “Azenco“ futbol sektoruna maliyyə dəstəyini dayandırıb.

Həmin dönəm ərzində II Liqa və I Liqada mübarizə aparmış komandaya ayrılmış vəsaitin istiqaməti üzrə xərclənməsinə dair şübhələr yaranıb.

azenconun-sabiq-rehberi-hebs-edilib

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti