Dünya çempionatında Kolumbiya Qananı məğlub edib.
Sportinfo.az xəbər verir ki, Kanzas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.
14-cü dəqiqədə Con Arias fərqlənib.
Bu nəticənin ardından 1/16 final mərhələsinin oyunlarına yekun vurulub. 1/8 finala yüksəlməyi bacaran Kolumbiyanın rəqibi İsveçrə olacaq.

