Azərbaycan millisinin 3 futbolçusu üçün...

13 İyun 23:20 Milli komanda 231
Azərbaycan millisinin 3 futbolçusu üçün...

San Marino ilə yoldaşlıq oyunu Azərbaycan millisinin 3 futbolçusu üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, Renat Dadaşov, Nəriman Axundzadə və Cəlal Hüseynov yubileylə yadda qalıblar.

Komandamıza qələbə gətirən qola imza atan Dadaşov millinin heyətində ümumi oyun sayını 45-ə çatdırıb. Hücumçu bu matçlarda 7 dəfə fərqlənib.

Start heyətində meydana çıxan Cəlal Hüseynov 10-cu, son 15 dəqiqədə mübarizəyə qoşulan Nəriman Axundzadə 15-ci qarşılaşmasını keçirib.

Millimiz Macarıstanda keçirilən matçda 2:1 hesablı qələbə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar