"Kəpəz"in yollarını ayırmağa hazırlaşdığı daha bir legionerin adına aydınlıq gəlib.
Söhbət hücumçu Luis Paçudan gedir.
Braziliyalı forvard yeni baş məşqçi Azər Məmmədovun planlarına daxil deyil.
Burada əsas problem isə onun idman formasından çox əməkhaqqısının yüksək olmasıdır.
30 yaşlı əcnəbini yola salmaq heç də asan olmayacaq.
Bunun üçün qarşılıqlı razılıq olmalıdır.
Çünki Paçunun klubla 2027-ci ilin yayına qədər müqaviləsi var.
Cənubi amerikalı 2024-cü ildən Qərb təmsilçisinin heyətində çıxış edir.
Meydana çıxdığı 60 qarşılaşmada 9 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ

