Dünya çempionatında Misir Avstraliyanı məğlub edib.
Sportinfo.az xəbər verir ki, Dallas stadionunda keçirilən 1/16 final matçının əsas və əlavə vaxtında qələbə qazanan olmayıb – 1:1.
Misirin heyətində Emam Aşur (13) komandasını hesabda irəli çıxarıb. Lakin Afrika təmsilçisinin müdafiəçisi Mohamed Haninin 55-ci dəqiqədə öz qapısına vurduğu qol yekun hesabı müəyyənləşdirib.
Penaltilər seriyasında isə daha dəqiq oynayan (4:2) Misir 1/8 finala yüksəlib.
Komandanın bu raunddakı rəqibi Argentina - Kabo Verde cütünün qalibi olacaq.

