“İspaniya millisinin nə qədər güclü olduğunu yaxşı bilirik”

“İspaniya millisinin nə qədər güclü olduğunu yaxşı bilirik”

Portuqaliya millisinin yarımmüdafiəçisi Bernardo Silva dünya çempionatının 1/8 finalında İspaniya yığmasına qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.

Portuqaliyalılar 1/16 finalda Xorvatiya millisini 2:1 hesabı ilə məğlub edərək, növbəti mərhələyə yüksəlib.

Komandanın qələbə qolu 94-cü dəqiqədə vurulub. İspaniya isə Avstriyanı 3:0 hesabı ilə üstələyərək 1/8 finala vəsiqə qazanıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Silva qarşıdakı matçın çox çətin keçəcəyini bildirib:

“Bizi ən çətin sınaqlardan biri gözləyir. Özümüzə inanırıq və qalib gəlmək əzmindəyik.

Amma İspaniya millisinin nə qədər güclü komanda olduğunu da yaxşı bilirik”.

Portuqaliya – İspaniya oyunu iyulun 6-da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti