İsveçrə dünya çempionatının 1/16 final mərhələsində Əlcəzair yığmasını məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Sportinfo.az xəbər verir ki, Kanadanın Vankuver şəhərində keçirilən qarşılaşma İsveçrə millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda qolları 10-cu dəqiqədə Bril Embolo və 46-cı dəqiqədə Dan Ndoye vurublar.
Bununla da İsveçrə yığması ardıcıl dördüncü dəfə dünya çempionatının 1/8 final mərhələsində çıxış etmək hüququ qazanıb.
Lakin əvvəlki mundiallarda pley-off mərhələsi məhz 1/8 finaldan başladığı üçün komanda bu raundu keçə bilməmişdi.
İsveçrə millisi dünya çempionatlarının pley-off mərhələsində bundan əvvəl cəmi iki dəfə qələbə qazanıb. Bu uğurlar 1934 və 1938-ci illərdə qeydə alınıb. Həmin turnirlərdə komanda 1/4 finala qədər irəliləməyi bacarmışdı.
İsveçrə yığması 1/8 finalda Kolumbiya - Qana cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələnin oyunu iyulun 7-də keçiriləcək.
Əlcəzair millisi isə mundialın 1/16 finalında mübarizəni dayandıran beşinci Afrika təmsilçisi olub.
Daha əvvəl CAR, Seneqal, Kot-d'İvuar və Konqo Demokratik Respublikası da turnirlə vidalaşıb. Afrika komandaları arasında indiyədək yalnız Mərakeş millisi 1/8 finala yüksələ bilib.

