“İnanıram ki, yeni mövsüm daha maraqlı olacaq”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin baş məşqçisi Ayxan Abbasov deyib.
Təcrübəli mütəxəssis “Premyer Liqanın növbəti sezonundan gözləntiləriniz necədir” sualına cavabında aşağıdakıları söyləyib:
“Klubların peşəkarlığı və şəraitin yaxşılaşdırılması vacibdir. Klublar indi daha təcrübəli davranmağa çalışır.
Məsələn, "Şəfa" Premyer Liqaya yeni vəsiqə qazanıb. İlk transferləri azərbaycanlı oyunçular oldu.
Onların ətrafında komanda formalaşdırırlar. Klublar da limiti boş yerə doldurmaq istəməyəcəklər.
İnanıram ki, yeni mövsüm daha maraqlı olacaq. Klublarımız daha peşəkar olması, şəraitin yaxşılaşdırılması hamısı bir-biri ilə bağlıdır.
Bu, milli komandaya da təsir edəcək. Yerli futbolçular daha çox oynamalıdır.
Xaricdə olan oyunçularımızın da rəqabətdə uduzub, az oynaması problemdir.
İnanıram ki, qarşıdakı mövsümda bu kimi problemlər müsbət istiqamətdə öz həllini tapacaq”.

