“Burada ilk olaraq güclü akademiya sistemi qurmaq lazımdır”.
Yenicə “İmişli“nin futbol akademiyasına baş koordinator təyin olunan Rövşən Babayev Sportinfo.az-a açıqlamasında belə deyib.
“İmişli” akademiyasından yaxın illərdə hansı nəticələrin gözlənilməsi realdır? Təcrübəli mütəxəssisin cavabını eşidək:
“Bundan sonra orta müddətdə, yəni, 2-3 il ərzində əsas komandaya futbolçular qazandırmağı hədəfləmişik.
Digər əsas məqam - aşağı yaş qrup millilərimizə bacardıqca çox futbolçu vermək.
Gəlin, tələsməyək. İnanıram ki, inkişaf və uğurlar bu ildən görünəcək“.

