"Qarabağ"ın təklif göndərdiyi məşhur klubun yetirməsindən SON XƏBƏR!

15:00 Qarabağ 387
"Qarabağ"ın təklif göndərdiyi məşhur klubun yetirməsindən SON XƏBƏR!

"Qarabağ" müdafiə xəttini yeni oyunçu ilə gücləndirmək istəyir.
Ağdam klubu "Ferentsvaroş"da çıxış edən Cəbrayıl Makrekkisi transfer etməyə yaxındır. Bu barədə "Csakfoci" portalı məlumat yayıb.
İddia olunub ki, "Samsunspor" və Türkiyənin bir neçə Super Liqa klubunun marağına baxmayaraq, latviyalı Azərbaycanda oynamağa üstünlük verib. "Qarabağ"ın sağ cinah müdafiəçisi üçün ciddi məbləğdə transfer haqqı ödəyəcəyi bildirilir.
Cəbrayıl Makrekkis Leverkuzen "Bayer"inin yetirməsidir. “Bonner”, “Borussiya” (Dortmund, II), “Viktoriya” (Berlin) və “Pirin” kimi komandaların da şərəfini qoruyub. 26 yaşlı futbolçu 2023-cü ilin yayından "Ferentsvaroş"da çıxış edir. O, 2025/26 mövsümündə meydana çıxdığı 38 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Makrekkis Latviyanın U-19 yığmasında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.
Saytımız bu məlumatı “Qarabağ“dan dəqiqləşdirib. Əldə etdiyimiz məlumata görə, Makrekkis həqiqətən klubun transfer siyahısında yer alıb. Onunla danışıqlar iki ay öncə başlayıb və hazırda da davam edir. Hələ tam razılıq əldə olunmayıb. "Ferentsvaroş" müdafiəçisi ilə vidalaşmağa hazırdır, fəqət, səbəbkar yekun qərarını verməyə çətinlik çəkir. Gah "filan vaxt gəlirəm" deyir, gah da "məni bir qədər gözləyin" xəbəri göndərir. Niyə belədir? Variantların çoxluğundan, belə demək mümkünsə, başını itirib.
SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti