Kipr "Pafos”u öz rəsmi sosial şəbəkə səhifəsində azərbaycanlı fubolçu Murad Məmmədovla bağlı paylaşım edib.
Sportinfo.az xəbər verir ki, klub Məmmədovun braziliyalı David Luislə birgə şəklini paylaşıb.
Paylaşıma isə “Təcrübə ambisiya ilə qarşılaşanda” adı qoyulub. Burada 39 yaşlı braziliyalının təcrübəsinə və 20 yaşlı Məmmədovun ambisiyasına işarə vurulub.
“Pafos” ötən ay 20 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalayıb.
“Neftçi”nin yetirməsi olan Məmmədov Azərbaycan U-21 millisinin üzvüdür.

