1200 manata görə yenidən Premyer Liqaya qayıtmaqdan vaz keçdi

4 İyul 09:40 Kəpəz 3 612
1200 manata görə yenidən Premyer Liqaya qayıtmaqdan vaz keçdi

«Şəfa»nın sabiq kapitanı Emin Zamanov Premyer Liqaya qayıtmaq fürsətini qaçırıb.

Bir neçə illik aradan sonra «Kəpəz»ə dönmək şansı yaransa da, o, pulu üstün tutub.

Yarımmüdafiəçi Gəncə təmsilçisinin 1800 manat maaş təklifini geri çevirib.

«Neftçi»nin yetirməsi I Liqada qalıb. Ağstafalı oyunçu 3000 manat əməkhaqqı qarşılığında MOİK-in təklifini qəbul edib.

Zamanov son ilyarımı «Şəfa»da keçirib: həm II Liqada, həm də I Liqada forma geyinib. Paytaxt təmsilçisi ilə I Lİqanın çempionu olub,

kapitanlıq sarğısını daşıyıb. Zaur Həşimov baş məşqçi postuna gəlincə, vəziyyət dəyişib, müqaviləsi uzadılmayıb.

Emin vaxtilə Premyer Liqa təcrübəsi yaşayıb. «Kəpəz»lə yanaşı, «Səbail» və «Şamaxı»nın heyətində yer alıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!
25 Avqust 00:40 "Biz böyük komandayıq"