İspaniya, Almaniya və Ukrayna yığmaları Azərbaycana gələcək

İspaniya, Almaniya və Ukrayna yığmaları Azərbaycana gələcək

2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi ilə keçiriləcək U-20-lər arasında dünya çempionatının daha 3 iştirakçısı dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, buna U-19-lar arasında keçirilən Avropa çempionatında qrup mərhələsinin ilk iki turundan sonra aydınlıq gəlib.

Turnirin reqlamentinə görə, 8 komandanın mübarizə apardığı iki qrupda ilk iki yeri turan kollektivlər həm yarımfinala, həm də U-20-lərin gələnilki dünya çempionatına vəsiqə qazanırlar.

İlk iki turdan sonra A qrupunda İspaniya və Almaniya, B qrupunda isə Ukrayna hər iki matçda qələbə qazanaraq, yarımfinala, eyni zamanda U-20-lərin mundialına vəsiqəni rəsmiləşdirib.

Qeyd edək ki, U-20-lərin dünya çempionatının gələn ilin sentyabr-oktyabr aylarında təşkili planlaşdırılır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti