"Kəpəz" yeni baş məşqçisi Azər Məmmədovla müqavilə imzalayıb.
50 yaşlı mütəxəssislə 1 il müddətinə müqavilə bağlanıb.
Azər Məmmədov 2023-cü ildə də “sarı-göylər”in baş məşqçisi vəzifəsində çalışıb. Həmin ilin yayından dekabrına qədər sükan arxasında qalıb.
Qeyri-sabit nəticələrə və yerli publikanın təzyiqinə görə postundan istefa verib.
O, bu dəfə hansı missiyanı yerinə yetirməlidir? Yeni rəhbərlik Məmmədovdan çox şey tələb etməyib, yeganə istəkləri komandanı Premyer Liqada saxlamaqdır.
Şərt bu cür kəsilib:
«Elə et ki, hər şey mövsümün son həftələrinə qalmasın. Keçənilki «Şamaxı» kimi komandamızın olmasını istəyirik.
«Şamaxı» hələ martda Premyer Liqada yerini təmin elədi. Biz «Kəpəz»i gələn mövsümdə o cür görməyi arzulayırıq».
Gəncə təmsilçisini ötən sezon Adil Şükürovla Azər Bağırov çalışdırıb. Şükürov iyunda gəlib, oktyabrda gedib.
Ondan sonra işə başlayan mütəxəssis bu ilin mayında Nizami yurdundan ayrılıb.
O, aylıq 13 min manat maaş təklif edən «Şamaxı»nın yolunu tutub, 3 illik müqavilə imzalayıb.
SPORTİNFO.AZ

