Yulian Naqelsmann Almaniya milli komandasının baş məşqçisi vəzifəsindən istefa verib.
Sportinfo.az xəbər verir ki, bu barədə Almaniya Futbol Assosiasiyası məlumat yayıb.
Assosiasiyanın rəhbərliyi ilə görüşdən sonra 38 yaşlı məşqçi Almaniya yığmasının dünya çempionatındakı uğursuz çıxışından sonra vəzifəsindən azad edilməsini istəyib. Rəhbərlik onun istefasını qəbul edib.
Naqelsmann azarkeşlərdən də üzr istəyib:
“Sizi məyus etdiyimizə və bu dünya çempionatında daha çox futbol axşamı təmin edə bilmədiyimizə görə üzr istəyirəm və ürəkdən məyus oldum. Siz daha çox şeyə layiq idiz!”
Almaniya millisi 2026-cı il dünya çempionatından 1/16 final mərhələsində Paraqvaya penaltilər seriyasında uduzaraq ayrılıb.

