"Neftçi"nin hücumçusu Alessio Kurçi dünən Rumıniya təmsilçisi ÇFR klubuna(Kluj)(1:2) qarşı keçirilmiş yoldaşlıq oyununun ikinci hissəsində zədələnərək əvəzlənib.
Sportinfo.az xəbər verir ki, 24 yaşlı lüksemburqlu futbolçunun çiynində bağlar cırılıb.
O, ümumi müayinədən keçəcək və daha sonra müalicəyə başlayacaq.
Kurçinin nə vaxt meydana qayıdacağı hələlik məlum deyil.

