“Qarabağ” hücumçusu üçün 2 milyon funt sterlinq təzminat tələb edir?

20:20 Qarabağ 193
“Qarabağ” hücumçusu üçün 2 milyon funt sterlinq təzminat tələb edir?

“Seltik”in transfer gündəmində yer alan Kamilo Duranla bağlı yeni məlumat yayılıb.

Sportinfo.az xəbər verir ki, Britaniyanın “67 Hail Hail” nəşri Şotlandiya klubunun hücum xəttində planlaşdırdığı dəyişikliklərdən bəhs edən yazısında “Qarabağ”ın qolçusunu transfer namizədləri sırasında göstərib.

Nəşr qeyd edib ki, “Seltik” müxtəlif variantları nəzərdən keçirir və bu siyahıda “Qarabağ”ın 24 yaşlı forvardı da yer alır.

Bundan əvvəl Şotlandiya mətbuatında “Seltik”in kolumbiyalı ilə maraqlandığı, “Qarabağ”ın isə onun üçün azı 2 milyon funt sterlinq təzminat tələb e tdiyi bildirilmişdi.

Kamilo Duran ötən yay “Qarabağ”a transfer olunub. O, başa çatan mövsümdə bütün turnirlərdə keçirdiyi matçlarda 15 qola imza atıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti